2017-cı ilin yanvar ayı ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 1 milyard 254 milyon 680 min dollar olub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2016-cı ilin yanvar ayına nisbətən 16,8% artıb. İdxal əməliyyatları üzrə 450 milyon 52 min dollar (2016-ci ilin yanvarına nisbətən 3,6% artım), ixrac əməliyyatları üzrə 804 milyon 628 min dollar (2016-cı ilin yanvarına nisbətən 25,7% artıb) ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar ayında ticarət dövriyyəsində 399,6 milyon dollarlıq müsbət saldo yaranıb. 2016-cı ilin yanvarında həmin göstərici 214,3 milyon dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 86,6% artım qeydə alınıb.