Putin Ukraynanı münaqişəni hərbi yolla həll etmə cəhdində günahlandırıb

Rusiya prezidenti Vladimir Putin Ukraynanın indiki rəhbərliyinin ölkənin cənub-şərqindəki münaqişəni sülh yolu ilə həll etməyə hazır olmadığını bildirib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Putin Ukraynanın münaqişəni hərbi gücdən istifadə etməklə həll etməkdə maraqlı olduğunu söyləyib: "Biz aydın görürük ki, Ukrayna ölkənin cənub-şərqində vəziyyəti gərginləşdirməklə məşğuldur və bundan məqsəd Minsk-2 anlaşmasının reallaşmasına imkan verməməkdir. Ukraynanın indiki rəhbərləri münaqişəni sülh yolu həll etmək əvəzinə hərbi gücə stavka edirlər. Bundan əlavə Ukrayna rəhbərliyi bölgədə, o cümlədən Rusiyada düversiya-təxribat fəaliyyətinin həyata keçirilməsindən danışırlar. Bu, bizi narahat etməyə bilməz".

DİGƏR XƏBƏRLƏR

Top