İranlı general yenə gizlincə Moskvaya gəldi

İranlı general Qasım Süleymani Rusiyanın yüksəkvəzifəli məmurları ilə görüşmək üçün bu günlərdə gizlincə Moskvaya gəlib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, “Qüds” xüsusi təyinatlı dəstəsinə başçılıq edən general bu səfəri ilə BMT-nin bir neçə qətnaməsini pozub. Həmin qətnamələrə əsasən ona İran hüdudlarından kənara çıxmaq qadağan edilib. Q. Süleymanin səfərində məqsədi Rusiyanın Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin hökumətləri ilə münasibətlərinə narazılığını bildirməkdir. Bu, generalın Moskvaya üçüncü səfəridir. O, ötən dəfə 2015-ci ilin aprel və iyul aylarında Moskvaya gələrək Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top