Çin xarici sualtı qayıqları suyun üzünə çıxmağa məcbur edəcək

Çin gəmiçilik haqqında qanunda xarici sualtı qayıqların ölkənin ərazi sularından keçməsi qaydalarını dəyişməsini nəzərdə tutan düzəlişlər etməyi planlaşdırır. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, düzəlişlərə əsasən, sualtı qayıqlar milli bayraqlarları ilə suyun üzünə çıxmalı və marşrutları barədə Çin hakimiyyətinə məlumat verməlidirlər. Bununla belə sənəddə mübahisəli Cənubi Çin dənizi birbaşa qeyd edilmir. Əgər əcnəbi sualtı qayıqlar Çinin təhlükəsizliyi üçün təhlükə törədərsə və ya naviqasiyaya meneə yaradarsa, həmin gəmilər ölkənin ərazi sularından çıxarılacaq. Bəzi mütəxəssislərin fikrincə, düzəlişlər Çinin ABŞ-ın pilotsuz sualtı qayığını ələ keçirməsi insidentindən sonra ortaya çıxıb. Xatırladaq ki, 2016-cı ilin dekabrında ABŞ Hərbi Dəniz Qüvvələrinin tədqiqat gəmisi Cənubi Çin dənizində iki pilotsuz planeri göyərtəyə qaldırmaq istəyərkən Çin hərbi gəmisi yaxınlaşraq amerikalı dənizçilərin gözü qarşısında dronlardan birini ələ keçirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top