Mistura Rusiyaya təşəkkür etdi

BMT xüsusi nümayəndəsi Staffan de Mistura, Rusiya, Türkiyə, İran və Suriyanın atəşkəs rejiminə sabitlik qazandırmağı bacarsa bunun Suriya böhranında böyük dəyişikliklərin başlanğıcı olacağını deyib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Moskvada Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşən Mistura, “Əgər siz, Türkiyə, İran və Suriya ilə birlikdə Suriyadakı atəşkəs rejimini sabit hala gətirsəz, bu vəziyyət, böhranda böyük dəyişikliklərin başlanğıcı olacaq” deyib. Həmçinin Mistura, Rusiyaya Suriya probleminin həll olunması məqsədilə Astanada göstərdiyi səylərə görə təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top