Trampın "nüvə çantası"nı daşıyan adamın adı məlum olub

ABŞ prezidenti Donald Trampın "nüvə çantası"nı daşıyan adamın adı məlum olub. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Trampın "nüvə çantası"nı Vest Point hərbi akademiyasının məzunu, hazırda ölkə başçısının köməkçisi vəzifəsində çalışan Rikardo Terner daşıyır. Onun əlində "nüvə çantası"nı tutduğu vəziyyətdə şəklini çəkmək mümkün olub. Öz növbəsində TMZ portalının yazdığına görə, bu yaxınlarda Tramp Ternerə podpolkovnik rütbəsi verib. Qeyd edək ki, ABŞ prezidentinin "nüvə çantası"nı daşımağı hər adama etibar etmirlər və belə şəxsi çoxlu sayda sınaqlardan çıxarırlar. Çünkü "nüvə çantası"nı daşımaq olduqca məsulyyətli bir işdir və bu məsələdə hər hansı yanlış hərəkət bəşəriyyəti nüvə müharibəsinə sürükləyə bilər.

DİGƏR XƏBƏRLƏR

Top