Trampın qadağa qərarını yalnız Əsəd dəstəkləyir

Bəşər Əsəd, ABŞ prezidenti Donald Trampın Suriya da daxil olmaqla 7 müsəlman ölkəsi vətəndaşlarına ABŞ-a girişi qadağan edən qərarı dəstəklədiyini bildirib. Əsəd, eyni zamanda bu qərarın Suriya xalqına qarşı olmadığını deyib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Əsəd bu barədə mətbuata bəzi açıqlamalar verib. Onun sözlərinə görə, bu qadağa Suriya xalqına qarşı deyil, terroristlərə qarşıdır: “Bu qadağa terroristlərin Qərbə sızmasına qarşıdır və hazırda Avropada, xüsusilə də Almaniyada bu yaşanır”. Əsəd, Trampın Suriya barədəki siyasətinin nə olacağını bilmədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top