Gürcüstandan Londona 37 avroya uçmaq mümkün olacaq

Bu ilin iyun ayının 18-dən başlayaraq Macarıstanın WizzAir aviakompaniyası Londondan Kutaisə və əks istiqamətə mütəmadi olaraq uçuşlar təşkil etməyə başlayacaq. "Yeniavaz.com"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Kutaisi-London biletinin qiyməti 37 avro təşkil edəcək. WizzAir-ın London-Kutaisi və əks istiqamətə uçuşları həftədə iki dəfə, dördüncü və bazar günləri baş tutacaq. Bu, Gürcüstana turist axınına yardım edərək hər iki tərəfə gediş-gəlişin daha da genişlənməsinə, iki ölkə arasında sıx münasibətlərin yaranmasına gətirib çıxaracaq. Qeyd edək ki, WizzAir maliyyə imkanı daha aşağı olan 12 ölkəyə uçuşlar təşkil edir. Məsələn, WizzAir-ın Kutaisidən Milan, Larnaka, Sofiya, Berlin, Münhen və Dortmunda təşkil etdiyi sərnişn daşımalarının qiyməti adambaşına 40 avro təşkil edir ki, bu da analoji dünya qiymətlərindən azdır.

DİGƏR XƏBƏRLƏR

Top