Bakıda bu yollarda sürət həddi aşağı salınıb

Bakıda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan iki prospektdə sürət həddi aşağı salınıb. Bu barədə "Yeniavaz.com"a Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O, bildirib ki, hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.

DİGƏR XƏBƏRLƏR

Top