Dağlıq Qarabağda referendum oyunu ilə ermənilər nəyə nail olmaq istəyir?

"Terrorçu, cinayətkar və separatçı rejimin Dağlıq Qarabağda "referendum" keçirməyə hazırlaşması ötən ilin aprel döyüşlərindən sonra daha qabarıq nəzərə çarpan bir reallığın nəticəsidir. Hansı reallığın? O reallığın ki hazırda Ermənistan adlanan ölkədə, eləcə də ermənilər arasında bütün məsuliyyəti öz üzərinə götürərək lider qismində çıxış edə biləcək kimsə yoxdur". "Yeniavaz.com"un məlumatına görə, bunu politoloq, millət vəkili Sahib Alıyev bildirib.

"Yəqin son iki həftədə Rusiyada qubernatorların dəyişdirlməsi prosesinin necə baş verdiyini izləyənlər var. Bir çox qubernatorlar Moskvada çalışan menecer və yaxud da yüksək vəzifəli məmurlarla əvəzlənirlər. Məgər, "Qazprom"da çalışan Karen Karapetyanın ötən ilin sentyabrında Ermənistana baş nazir göndərilməsi ilə hazırda Rusiyanın özündə qubernatorların dəyişdirlməsi arasında hansısa bir fərq nəzərə çarpır? Xeyr, çarpmır, eyni siyasət, eyni metoddur, Rusiyanın digər quberniyaları kimi Ermənistanda da reallaşdırılır. Ona görə reallaşdırılır ki, Ermənistan müstəqil deyil, erməni xalqının özünün öz gələcəyini müəyyənləşdirmək qüdrəti yoxdur və onlar idersizlik problemi yaşayırlar",-deyə millət vəkili bildirib.

Millət vəkilinin dediyinə görə, Ermənistanda parlamentli respublikaya keçid və Dağqlıq Qarabağdakı "referendum" oyunu da məhz bundan qaynaqlanır: "Bu heç də erməni cəmiyyətinin özünün tələbi və arzusu deyil. Aprel döyüşləri də çox aydın şəkildə göstərdi ki, fors-major hallarda nə etmək, hansı addımlar atmaq lazım gəldiyini Ermənistanın de yure rəhbərliyi deyil, de fakto yiyəsi müəyyənləşdirir. Bu səbəbdən də Ermənistanda parlamentli respublikaya keçidi rəsmiləşdirən seçkinin aprelin 2-də keçirilməsində bir rəmzlik var. Olsun, bu, kənardan tapşırıq əsasında reallaşdırılsa da, necə deyərlər, onların daxili işidir. Dağlıq Qarabağdakı "referendum" oyununa gəldikdə isə məsələ tam fərqlidir. Bu oyuncaq referendum Azərbaycana öz torpaqlarını işğalçılardan təmizləmək üçün güc tətbiqinə əl atmasına əlavə əsas verir. Heç bir ölkə onun izni olmadan torpağının bir parçasının adının dəyişdirlməsi, beynəlxalq qanunları da kobudcasına pozmaqla orada konstitusiyamızın əleyhinə yönələn addımlar atılması ilə barışmaz. Azərbaycan da barışmayacaq! Bunu "erməni yazı" deyə biləcəyimiz aprel döyüşləri də göstərdi. Və təbii ki davamı da olacaq".

DİGƏR XƏBƏRLƏR

Top