ABŞ neft ixracını 23 illik maksimuma çatdırıb

Dünyanın əsas neft istehlakçısı olan ABŞ getdikcə neft ixracını artırmağa başlayır. ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) xəbər verir ki, 6-12 fevral hesabat dövründə ABŞ-ın gündəlik neft ixracı 1,03 mln. barel təşkil edib və bu, son 23 ilin rekord göstəricisi sayılır. Həmçinin, EİA-nın hesabatında bildirilir ki, 2017-ci ilin ilk 6 həftəsi ərzində ABŞ-ın günəlik neft ixracı orta hesabla 695 min barel olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 245 min barel və ya 54,4% çoxdur.
ABŞ-ın "Turner Mason & Co." konsaltinq şirkətinin icraçı vitse-prezidenti Con Auersə (John Auers) görə, ABŞ-da hasilat artsa da, tələbat aşağı səviyyədə qalmaqda davam edir: "Çünki bir çox neft emalı zavodu texniki baxışla əlaqədar işinə fasilə verib. Artıq qalan neft isə ixraca yönəldilib. Bunun səbəbi OPEC tərəfindən hasilatın azaldılması nəticəsində bazarda yaranan kəsirlə bağlıdır".
"Bloomberg" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə görə, 2017-ci ildə ABŞ tərəfindən orta gündəlik neft ixracı 650-800 min barel təşkil edəcək. Bu da öz növbəsində neft qiymətlərinin cari səviyyədə tənzimlənməsinə gətirib çıxaracaq.

DİGƏR XƏBƏRLƏR

Top