2030-cu ildə Yer kürəsində aclıq başlaya bilər

Böyük Britaniya klimatoloqları belə nəticəyə gəliblər ki, 2030-cu ildə Yer kürəsini aclıq öz ağuşuna alacaq. "Yeniavaz.com"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aclığa səbəb Yer kürəsində baş verən istiləşmə prosesi olacaq. Böyük Britaniya klimatoloqlarının araşdırması göstərib ki, istiləşmə prosesi əsas ərzaq məhsullarından biri olan qarğıdalının məhsuldarlığını azaldıb. Araşdırmalara əsasən, ən çox aclığa hazırda da ağır günlərini yaşayan Afrika məruz qalacaq. Qlobal istiləşmə prosesi nəticəsində Afrikada ərzaq məhsullarının istehsalı azalacaq və ya mümkün olmayacaq. Klimatoloqların fikrincə, bu prosesinn qarşısını qismən də olsa, ancaq havaya buraxılan parnik qazlarının azaldılması yolla almaq olar. Lakin indiki vəziyyətdə bu mümkün görünmür. Əgər Böyük Britaniya klimatoloqlarının ehtimalları düz çıxsa, onda 2030-cu ildə Yer kürəsündə əhalinin 30-40 faizi dəhşətli aclığın qurbanlarına çevriləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top