ABŞ Ukraynanın hərbi gücünün artırılmasında maraqlıdır



ABŞ həmişəki kimi Ukraynaya hərbi potensialını artırmaqda dəstək vermək niyyətindədir. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Pentaqonun xüsusi nümayəndəsi Kortni Hillson deyib. Onun sözlərinə görə, ABŞ Müdafiə nazirinin birinci müavini Bob Uorkun Ukrayna Xarici işlər naziri Pavel Klimkinlə görüşündə Pentaqonun Kiyevə hərbi potensialını artırmağa imkan verəcək yardım göstərməsi məsələsi müzakirə edilib: "Uork qeyd edib ki, ABŞ həmişəki kimi Ukraynanın hərbi potensialını artırmasında maraqlıdır və onun ərazi bütövlüyünü, müstəqilliyini dəstəkləyir. Bundan əlavə o Ukraynaya məsləhət görüb ki, hərbi sahədə islahatları davam etdirsin və müdafiə təyinatlı müəssisələrinin effektli fəaliyyətini artırsın".

DİGƏR XƏBƏRLƏR

Top