İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib. RİA Novostinin xəbərinə görə, ABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in Mosuldakı hərbi polisinin rəhbəri İsmayıl Əl-Hədidi məhv edilib. Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına keçən il oktyabrın 17-də başlanıb. İndiyə qədər Mosulun şərq hissəsi terrorçulardan təmizlənsə də, şəhərin qərb hissəsi terrorçuların nəzarəti altındadır.Apa