Saatlıda qatar minik maşınını vurdu: 3 ölü

Saatlının Sarıcalar kəndi ərazisində baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu, Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir.

Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.

İnsident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top