10 ildən sonra aclıq başlayacaq

Lids Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, qlobal istiləşmə nəticəsində artıq təqribən 10 ildən sonra, yəni 2030-cu ildə Yerdə aclıq başlayacaq. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər bildiriblər ki, qlobal istiləşmə qarğıdalının məhsuldarlığında əks olunur. Qarğıdalının iqlim dəyişikliyinə reaksiyasını öyrənmək üçün mütəxəssislər iqlim modeli yaradıblar. Bu təcrübədə araşdırmaçılar quraqlığı, yüksək temperaturu və digər faktorları nəzərə alıblar. Nəticədə ekspertlər müəyyən ediblər ki, təqribən 10 ildən sonra mövcud qarğıdalı növləri normal yetişə bilməyəcək. Alimlərin qənaətincə, istiləşmə prosesini artıq dayandırmaq mümkün deyil. Hətta bütün dünyada istixana qazlarının tullantıları dayansa belə, aclıq 2030-cu ildə deyil, 2050-ci ildə başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top