MKİ direktoru Fələstin lideri ilə gizli görüş keçirib

Donald Tramp administrasiyasının yeni direktoru Maykl Pompeo Fələstin dövlətinin lideri Mahmud Abbas ilə gizli şəkildə bir araya gəlib. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Mahmud Abbasın iqamətgahında keçirilən görüşdə Netanyahu ilə Tramp arasında baş tutacaq danışıqlar barədə fikir mübadiləsi edilib. Bu barədə Fələstindəki mənbələrə istinadən xəbər verən Associated Press (AP) agentliyi tərəflər arasındakı gizli görüşün səmimi şəraitdə keçdiyini bildirib. Associated Press-in yaydığı məlumatda gizli görüşdən məqsədin Fələstin və İsrail liderlərinin görüşünün təşkil edilməsinin olduğu vurğulanır.

Xatırladaq ki, bir müddət əvvəl Mahmud Abbas Trampa məktub yazaraq onu ABŞ səfirliyini Yerusəlimə köçürmək fikrindən daşınmağa çağırıb. O qeyd edib k, bu addım Yaxın Şərq üzrə sülh danışıqlarına yeni bir düyünün vurulmasına səbəb olacaq.

DİGƏR XƏBƏRLƏR

Top