Ötən il Avropanın sərhədləri 500 min dəfə pozulub

Avropa sərhədlərinə nəzarət ittifaqı ("Fronteks") ötən il sərhədlərin gizli yolla 500 min dəfə keçildiyini bildirib. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, sərhədi keçənlərin çoxu müxtəlif ölkələrdən Avropaya üz tutan miqrantlar olub. Bununla əlaqədar "Fronteks"in hazırladığı hesabatda deyilir: "2016-cı ildə Avropanın xarici sərhədlərində miqrasiyanın həcmi kifayət qədər yüksək olub. Yarım milyondan artıq miqrant qeyri-qanuni yollarla Avropanın sərhədlərini keçib".

"Frontsek"in hesabatında o da qeyd edilib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Avropanın sərhədlərini qeyri-qanuni yollarla keçənlərin sayı 3 dəfədən də çox azalıb. Belə ki, əgər 2015-ci ildə Avropanın sərhədlərini 1,8 milyon dəfə qeyri-qanuni yollarla keçmişdilərsə, bu rəqəm 2016-cı ildə 500 minə düşüb. Amma bununla belə, bu rəqəm 2014-cü ildəkindən təxminən 2 dəfə çoxdur. "Frontisek" 2016-cı ildə Avropanın sərhədlərini qeyri-qanuni yollarla keçənlərin sayının azalmasını Türkiyə ilə Avropa Birliyi arasında imzalanan müvafiq anlaşma ilə izah edib.

DİGƏR XƏBƏRLƏR

Top