Hindistan kosmosa 104 peyk göndərməklə rekord qırdı

Hindistan kosmosa 1 raketlə 104 peyk göndərib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sriharikota bazasından göndərilən peyklərin hamısı 320 ton ağırlığında raketlə kosmosa qalxıb. Bu sahədəki rekord 2014-cü ildə kosmosa 37 peyk göndərən Rusiyaya məxsus idi. 320 ton ağırlığındakı PSLV-C37 daşıyıcı raketi bazadan müvəffəqiyyətlə göndərilib. Atılan 104 peykdən 96-sı başqa ölkələrə aiddir. Bu ölkələrin arasında İsrail, ABŞ, Qazaxıstan, Niderland, İsveçrə və Birləşmiş Ərəb Əmirlikləri də var.

DİGƏR XƏBƏRLƏR

Top