Fransa tərəfləri Donbasda vəziyyəti gərginləşdirməkdə günahlandırıb

Ukraynada münaqişənin nizamlanması prosesi düyünə düşüb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Xarici işlər naziri Jan-Mark Eyro mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, Donbasda döyüşlər yenidən başlayıb və bunun günahkarı həm Ukrayna, həm də separatçı qurumdur: "Hazırda bölgədə münaqişənin nizamlanması prosesi düyünə düşüb və buna görə hər iki tərəf məsuliyyət daşıyır".

Jan-Mark Eyro qeyd edib ki, Donbas üzrə Minsk anlaşmasının reallaşdırılması üzrə"Normand dördlüyü"nün xarici işlər nazirləri səviyyəsində yeni görüşü gözlənilir. Ancaq o bu görüşdə hər hansı nəticənin əldə edilib-edilməyəcəyini söyləməkdə çətinlik çəkib.

DİGƏR XƏBƏRLƏR

Top