Daş Dəyirmanın gəliri ilə 7 övladını oxudan dəyirmançı

Türkiyənin Mardin şəhərinin Qızıltəpə mahalında dəyirmançılıqla məşğul olan 66 yaşlı Mehmet Tekin, 9 uşağından 7-ni Dəyirmandan əldə etdiyi gəlirlə universitetdə oxudaraq sənət yiyəsi edib. “Yeniavaz.com”un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, 6 oğlu, 3 qızı olan Tekin, daş dəyirmanını 37 ildir ki, işlətdiyini bildirib. Hazırda, övladlarından üçü müəllim, biri polis, biri zabit, biri isə mühasibdir. 1980-ci ildən başladığı işi hələ də davam etdirdiyini bildirən Tekin, “66 yaşım var, əldə etdiyim gəlirlə 7 övladımı oxutdum. Daş dəyirmanı ilə kəpəkli un əldə edilir. Kəpəkli çörək daha məsləhətlidir. Hərkəsə kəpəkli çörək yeməyi tövsiyə edirəm” deyib.

DİGƏR XƏBƏRLƏR

Top