Argentinada qondarma erməni soyqırımını tanımayanlar cəzalandırıla bilər

Argentina Milli Konqresinə (parlament) qondarma erməni soyqırımını tanımamağa görə cəza verilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib. "Yeniavaz.com"un Panarmenian.net-ə istinadən verdiyi məlumata görə qanun layihəsinin müəllifi Argentinanın keçmiş müdafiə naziri, Milli Konqresin deputatı xanım general Hilda Qarredir. Qanun layihəsində qondarma soyqırımını tanımayan Argentina vətəndaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Xatırladaq ki, Argentina 2006-cı ildə qondarma erməni soyqırımını tanıyıb.

DİGƏR XƏBƏRLƏR

Top