Hava çirkliliyinə görə ən çox insanın öldüyü ölkələr

Havanın çirklənməsinə görə ən çox insan Çin və Hindistanda ölür. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə,bu barədə “Institute for Health Metrics and Evaluation” (Sietl) araşdırma təşkilatı və “Health Effects Institute” (Boston) qeyri-kommersiya təşkilatı tərəfindən dərc edilən “State of Global Air2017” məruzəsində deyilir. Araşdırmaçılar bildirirlər ki, havanın çirklənməsi vaxtından əvvəl ölümlərin yayılmasının əsas səbəblərindən birinə çevrilib: “Bura, həmçinin yüksək qan təzyiqi, şəkərli diabet, siqaret çəkilməsi və yüksək xolesterin tərkibi daxildir”. Məruzədə qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2016-cı ildə hava çirkliliyindən dünyada 3 milyon insan ölüb, bunun 2,2 milyonu Çin və Hindistanın payına düşür. “Health Effects Institute”un 2015-ci il üzrə statistikası isə 4,2 milyon ölüm halının olduğunu göstərir. Problem ondan ibatətdir ki, ən çox əhalisi olan ölkələr və regionlarda adətən hava təmiz olmur – 2015-ci ildə dünya əhalisinin 90 faizi qeyri-sağlam havası olan ərazilərdə yaşayıb. Ən təmiz havası olan ölkələr sırasına İsveç, Finlandiya, Qrenlandiya, Yeni Zelandiya, Avstraliya, Kanada və Bruney daxildir.

DİGƏR XƏBƏRLƏR

Top