Azərbaycanda 245 min evdə hamam yoxdur - RƏSMİ

Ölkə üzrə mövcud olan 2 milyon 32,4 min ev təsərrüfatının 12,6%-də və ya 245 min evdə hamam mövcud deyil. "Yeniavaz.com"un Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, işğal olunmuş bölgələrdəki rayonları nəzərə almasaq evində hamamı olmayan ailələrin sayı ən çox Şəki-Zaqtala iqtisadi rayonunda qeydə alınıb. Şəki-Zaqatala iqtisadi rayonundakı ev təsərrüfatlarının 23,6%-də hamam mövcud deyil. Bu sahədə ən yaxşı göstərici Bakı və Naxşıvanda qeydə alınıb. Bakıda mövcud olan evlərin 1,3%-nin, Naxşıvanda isə 1,4%-nin hamamı yoxdur. Bu göstərici, Abşeronda 12,1%, Gəncə-Qazaxda 14,6%, Lənkəranda 10,8%, Quba-Xaçmazda 12,8%, Aranda 15,3%, Dağlıq Şirvanda 19,9% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top