Mingəçevirdə narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə davam edir

Mingəçevir Şəhər Polis Şöbəsinin (MŞPŞ) əməkdaşlarının iştirakı ilə şəhər 6 və 10 saylı tam orta məktəblərdə "Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə" adlı tədbir keçirildi. "Yeniavaz.com" xəbər verir ki, tədbirdə MŞPŞ-nın rəisi, polkovnik Cavid Muradov, Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Emir Cavadov, İctimai Təhlükəsizlik bölməsinni əməkdaşı, polis kapitanı Rəşad Məmmədov iştirak etdilər.

Əvvəlcə 6 saylı məktəbin direktoru Xurşud Zamanova çıxış edərək, mütəmadi olaraq şagirdləri bu kimi mövzularla bağlı maarifləndirdiklərini dedi: "Hamıya yaxşı məlumdur ki, ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verilir. Bizim tərəfimizdən də məktəbin fəaliyyət planına uyğun olaraq, zərərli vərdişlərlə bağlı tədbirlər görülür".

Sonra Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradov şagirdlər qarşısında çıxış etdi: "Narkomaniya insanları ölümə aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətləri itirirlər".

C. Muradov bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı, həmçinin neqativ hallara, zərərli vərdişlərə və pis əməllərə qarşı mübarizə istiqamətində profilaktiki söhbətlər etdi.

Görüşdə mövzu ətrafında Emir Cavadov, Rəşad Məmmədov çıxış edərək bildirdilər ki, bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclər fəal olmalı, həmçinin neqativ hallara, zərərli vərdişlərə və pis əməllərə qarşı öz dostlarınızı, yoldaşlarınızı da maarifləndirməlisiz.

Sonda şagirdləri maraqlandıran suallar ətrafı cavablandırıldı.

Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top