Deutsche Bank: Türk lirəsi dünyanın ən ucuz valyutalarındandır


Türk lirəsi dünyanın ən ucuz valyutalarından biridir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın “Deutsche Bank”ının strateqləri Qautam Kalani və Kristian Vietoskanın dərc etdiyi hesabatda deyilir. Onlar türk lirəsinin digər valyutalara nisbətdə məzənnəsi qarşısında uzun müddət mövqe tutmağı məsləhət görüb. Bankın strateqlərinin fikrincə, türk lirəsi əsas qiymətləndirmə göstəriciləri üzrə dünyada ən ucuz pul vahidlərindən biridir: “Türkiyə üçün əsas göstəricilər narahatlıq doğursa da, mənfi halların böyük hissəsinin hazırda müsbətə foğru yüksəldiyinə inanırıq”. Strateqlər 3,61 qiymət hədəfi ilə türk lirəsinin avro-dollara nisbətdə məzənnəsi qarşısında uzun müddət mövqe tutmağı məsləhət görüblər.

DİGƏR XƏBƏRLƏR

Top