Rusiya Kurildə Yaponiyaya “göz dağı” verdi

Rusiya Müdafiə Nazirliyi Kurilin İturup və Kunaşir adalarında “Bal” və “Bastion” gəmi əleyhinə raket komplekslərini yerləşdirib. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, hazırda “Bal” sahil divizionu Kunaşirdə yenidən qurulub, “Bastion” divizionu isə İtirup adasında hərbi növbətçiliyə başlayıb. 2016-cı ilin sonunadək divizonların hərbi raketlərlə atəş təlimlərinə başlayacağı gözlənilir. “Bastion” sahil raket kompleksi P-800 səsdən sürətli raketlərlə təchiz edilir. O, müxtəlif tip və sinifli su üstündəki gəmiləri məhv edə bilər. 36-dək raketdən ibarət bir kompleks 600 kilometr uzunluğunda sahili qoruya bilər. “Bal” kompleksi isə düşmənin təqribən 130 kilometr məsafədə olan hədəflərini məhv edə bilər. Qeyd edək ki, Tokio hazırda Rusiya ərazisi sayılan Kunaşir, Şikotan, İturup və Xabomai adalarına iddia edir.

DİGƏR XƏBƏRLƏR

Top