İŞİD üzvləri şokda: 16 bina, 3 qərargah, 1 silah anbarı məhv edildi

"Fərat Qalxanı" əməliyyatının 176-cı günündə 17 İŞİD üzvü zərərsizləşdirilib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, Suriyanın şimalında davam edən əməliyyat çərçivəsində qurudan və havadan 224 İŞİD hədəfi vurulub.

Xüsusi Qüvvə qrupları tərəfindən edilən sıx atəş dəstəyi ilə böyük ölçüdə nəzarəti təmin edən Əl-Babda ərazilərin İŞİD üzvlərindən təmizlənməsi davam etdirilir. Quru qüvvələri komandanlığı tərkibindəki topçu və digər atəş dəstək vasitələri ilə 194 İŞİD hədəfi vurulub, sığınacaq yerləri, müdafiə mövqeləri, silah-sursat bazası təzyiq altına alınıb. Hava qüvvələri komandanlığına məxsus təyyarələr tərəfindən 30 İŞİD hədəfi vurulub. Sığınacaq məqsədli 16 bina, 3 qərargah binası, 1 bombalı nəqliyyat, 10 müdafiə mövqeyi və 1 silah-sursat anbarı məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top