Rusiya gizli bazaya raket yerləşdirib

Rusiyanın 1987-ci ildə imzaladığı, qurudan atılan raketləri qadağan edən müqaviləni pozduğu iddia edilir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın xeyli müddətdir sınaqdan keçirdiyi raketlərdən birini gizli bazaya yerləşdirdiyi bildirilir. Qeyd edilir ki, Rusiya son illərdə hazırladığı və sınaqdan keçirdiyi nüvə başlıqlı qurudan atılan SSR-8 raketini Volqoqrad yaxınlığındakı "Kapistinq Yar" adlı sınaq bazasından çıxararaq başqa bir hərbi bazaya yerləşdirib. İddialara görə, bazada iki SSR-8 raketi olub, onlardan biri ötən ilin dekabr ayında başqa bir bazaya daşınıb.

Sözügedən raketin sınaq mərhələsində olduğunu ifadə etmək üçün kəşfiyyat hesablamalarında SSR-X-8 kimi xarakterizə olunsa da, bir müddət öncə sınaqdan çıxarıldığı və raketin adından “X” hərfinin götürüldüyü məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top