Qətər əmri Türkiyə prezidentini qarşılamağa gəlmədi

Fars körfəzi ölkələrinə səfərə çıxan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xoşagəlməz vəziyyətlə üzləşib. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qətərə səfəri zamanı adı çəklən ölkə başçısı Ərdoğanı hava limanında qarşılamağa getməyib. Qeyd edək ki, Qətərlə Türkiyə arasında sıx əlaqələr mövcuddur və hər il iki ölkə rəhbərləri səviyyəsində qarşılıqlı səfərlərə baş vurulur. Bundan əvvəlki səfəri zamanı da Qətər əmiri Ərdoğanı hava limanında olduqca yüksək səviyyədə qarşılamışdı. Ancaq bu dəfə Qətər əmiri Ərdoğanı qarşılamaq üçün hava limanına nazirlərdən birini göndərib. Siyasi müşahidəçilər bunu bölgədə baş verən hadisələrə münasibətdə Qətərlə Türkiyə arasında əmələ gələn narazılıqla izah edirlər.

DİGƏR XƏBƏRLƏR

Top