Terrorda günahlandırılan ABŞ vətəndaşı həbs edilib

Gürcüstanın hüquq-mühafizə orqanları İnterpolla birgə beynəlxalq axtarışda olan terrorçunun həbs edilməsi üçün əməliyyat keçiriblər. Batumidə baş tutan əməliyyatda ABŞ vətəndaşı olan terrorçu həbs edilib. "Yeniavaz.com"un Ria Novosti-yə istinadən verdiyi məlumata görə həbs edilən terrorçunun bir çox teraktlarda əli olub. Onun Gürcüstan ərazisində də terror aktı törətməyə hazırlaşdığı məlum olub. Bununla bağlı Gürcüstan Daxili işlər nazirliyinin yaydığı məlumatda həbs edilən terrorçunun ABŞ vətəndaşı olduğu bildirilir. Lakin hələlik terrorçunun kimliyi barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top