Pentaqon "Trident II" ballistik raketləri üçün 540 milyon dollar ödəyəcək

ABŞ Müdafiə nazirliyi (Pentaqon) "Lockheed Martin" kompaniyası ilə "Trident II" ballistik raketlərinin istehsalı barədə anlaşma imzalayıb. Anlaşmanın ümumi dəyəri 540 milyon dollar təşkil edir. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeni ballistik raketlər atom sualtı qayıqları üçün nəzərdə tutulub. Bununla bağlı Pentaqonun verdiyi açıqlamada deyilir: "Müdafiə nazirliyi ilə "Lockheed Martin Space Systems" kompaniyası arasında ümumi dəyəri 540 milyon 834 min 51 dollar olan "Trident II"(D5) ballistik raketlərinin, onların yerləşdirilməsi və təchizatı sistemlərinin istehsalı barədə anlaşma imzalanıb. Anlaşmanın 2021-ci ilin sentyabr ayının 21-nə kimi reallaşdırılması nəzərdə tutulub. Raketlərin istehsalı kompaniyanın 15 ştatda yerləşən zavodlarında həyata keçiriləcək".

DİGƏR XƏBƏRLƏR

Top