Tomas Şennon və Kislyak bağlı qapılar arxasında görüşüblər

ABŞ Dövlət katibi vəzifəsini icra edən Tomas Şennon və Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak arasında görüş keçirilib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bağlı qapılar arxasında keçirilən görüşdə son vaxtlar iki ölkə arasında ortaya çıxan bəzi problemlərin, o cümlədən Maykl Flinnin istefasına səbəb olan məsələnin müzakirə edildiyi ehtimal edilir. Görüşlə bağlı mətbuata açıqlama verən dövlət departamentinin rəsmisi deyib: "Dövlət katibinin müavini Şennon mütəmadi olaraq xarici ölkə səfirləri ilə görüşür. Biz bu görüşlərin detalları barədə məlumat verməsək də, onlar əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir". Rusiya səfirliyində də görüşlə bağlı hər hansı açıqlama verməkdən imtina ediblər. Bununla belə Şennonla Kislyakın görüşündə Tillerson və Lavrov arasında Bonnda və ya Münhendə görüşün keçirilməsi və müzakirə ediləcək məsələlər barədə fikir mübadiləsinə baş vurulduğu da istisna edilmir.

DİGƏR XƏBƏRLƏR

Top