Fevralın 15-16-də Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin görüşündə Rusiya ilə bağlı hər hansı məsələ müzakirə edilməyəcək. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib: "Toplantının gündəmində Rusiya ilə bağlı hər hansı müzakirələrin aparılması gözlənilmir. Ancaq NATO-da həmişə Rusiya ilə dialoq barədə fikirlər səslənir. Biz daim bu məsələni diqqət mərkəzində saxlamalı, ona ikitərəfli yanaşmağı bacarmalıyıq".
Qeyd edək ki, ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettisin də iştirak edəcəyi toplantıda prezident Donald Tramp administrasiyası ilə NATO arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsi məsələsinin əsas müzakirə hədəflərindən biri olacağı gözlənilir.