Yalnız iki ölkə NATO-nun maliyyələşdirilməsi planını icra edir

2016-cı ildə NATO-nun yalnız iki üzv ölkəsi ümumi daxili məhsulun (ÜDM) 2 faizi həcmində müdafiə xərclərinin maliyyələşdirilməsi üzrə razılaşdırılmış planı icra edirlər. Böyük Britaniya bu miqdarda xərcləri dəstəkləməyi dayandırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun London bölməsinin hazırladığı məruzədə deyilir. Məruzədə qeyd edilir ki, Britaniyanın xərcləri 1,98 faizədək azalıb: “Yalnız Estoniya və Yunanıstan müdafiəyə kifayət qədər vəsait xərcləyir – müvafiq olaraq 2,2 faiz və 2,4 faiz. Polşanın müdafiə xərcləri 2015-ci illə (2,1 faz) müqayisədə ötən il 1,9 faiz olub. Britaniyanın xərcləri isə 500 milyon dollar azalıb”.

DİGƏR XƏBƏRLƏR

Top