İsrail Misirdəki səfirini geri çağırıb

İsrail Misirdəki səfiri David Qovrini geri çağırmağa məcbur olub. "Yeniavaz.com"un TASS agentliiynə istinadən verdiyi məlumata görə buna səbəb səfirin həyatına gələ biləcək təhlükədən onu sığortalamaq olub. Öz növbəsində "The Daily Telegraph" qəzeti yazır ki, Misirdə səfirin həyatı üçün bəzi təhlükələr olub və İsrail hökuməti də məhz bunu nəzərə alaraq onu geri çağırmağa məcbur olub. Amma "The Daily Telegraph" səfirin həyatı üçün hansı təhlükə ola biləcəyi barədə susmağa üstünlük verib. İsrail hökuməti isə səfirin müvəqqəti olaraq Yerusəlimdə fəaliyyət göstərəcəyini, imkan düşən kimi onun yenidən Qahirəyə vəzifəsini icra etməyə qayıdacağını bildirib. İsrail Xarici işlər nazirliyi də səfirin geri çağırılması və onu Qahirədə hansı təhlükənin gözlədiyi barədə hər hansı açıqlama verməyib.

DİGƏR XƏBƏRLƏR

Top