Məhkəmə Rusiyanı suriyalı miqrantı vətəninə göndərməyi qadağan etdi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyaya suriyalı qaçqını vətəninə göndərməyi qadağan edib. “Yeniavaz.com”un DW-yə istinadən verdiyi məlumata görə, Strasburq məhkəməsinin qərarında deyilir ki, Suriyada davam edən silahlı münaqişə və ağır humanitar şərait nəzərə alınsa, onun göndərilməsi yaşama haqqını poza bilər. Məhkəmə suriyalıya vurulmuş mənəvi zərəri 7500 avro məbləğində dəyərləndirib. Rusiya bu təzminatla yanaşı, suriyalının vəkilə çəkdiyi 1500 avro həcmində xərclərini ödəməlidir. AİHM-ə iddianı 2011-ci ildə iş vizası ilə Rusiyaya gəlmiş və onun müddəti başa çatandan sonra orada qalmış Suriya vətəndaşı qaldırıb. Rusiya viza rejimini pozmaqda ittham etdiyi suriyalını 2015-ci ildə saxlayaraq təcridxanaya yerləşdirib, onu deportasiya gözləyirdi.

DİGƏR XƏBƏRLƏR

Top