İran vətəndaşlarını həccə göndərilməsi üçün şərtlər irəli sürüb

İranın islami irşad və mədəniyyət naziri Rza Salihi Əmiri ölkə vətəndaşlarının bu il Səudiyyə Ərəbistanına həcc ziyarətinə getmələri üçün Ər-Riyada qarşı bir neçə şərt irəli sürüb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şərtlərdə qeyd edilir ki, Səudiyyə Ərəbistanı hacı namizədlərinin təhlükəsizliyini təmin etməli, 2015-ci ildə həcc ziyarəti zamanı Minadakı izdihamda həyatını itirən hacılara qan pulu və təzminat ödəməlidir. Onun sözlərinə görə, əgər Ər-Riyad minimum şərtləri təmin edərsə, bu il İran vətəndaşları həccə göndəriləcək. Xatırladaq ki, 2015-ci ildə Minada şeytanın daşlanması zamanı baş verən izdihamda 769 nəfər həyatını itirmişdi. Tehran ölənlərdən 464-nün ölkə vətəndaşı olduğunu açıqlamış və Ər-Riyadı hacıların təhlükəsizliyini təmin etməməkdə günahlandırmışdı. İki ölkə ötən il həcc ziyarətinin təşkilində ortaq məxrəcə gələ bilmədiyinə görə İran vətəndaşlarını həccə getməsinə icazə verməmişdi.

DİGƏR XƏBƏRLƏR

Top