Konqresmenlər Trampı qondarma erməni soyqırımını tanımağa çağırıblar

ABŞ Konqresinin erməni məsələləri üzrə komissiyası prezident Donald Trampa məktubla müraciət edərək onu qondarma erməni soyqırımını tanımağa çağırıblar. "Yeniavaz.com"un Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, konqresmenlər həmçinin 24 aprelin genosid günü elan edilməsini də Trampdan xahiş ediblər. Trampa qondarma erməni soyqırımını tanıması barədə ünvanlanan məktubu konqresmenlərdən Frenk Pallone, Ceki Spier, Devid Trot, Devid Valdado, Adam Şiff və Qus Bilirakis imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top