Merkelin İsrail səfəri təxirə salınıb

Almaniya Baş naziri Angela Merkelin may ayında İsrailə planlaşdırılan səfəri təxirə salınıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya və İsrail arasında 2008-ci ildən bəri hər il keçirilən hökumətlərarası görüşün bu il mayın 10-da keçirilməsi planlaşdırılırdı. Almaniya Hökuməti görüşün növbəti ilə təxirə salındığını açıqlayıb. Bildirilib ki, hər iki hökumət danışıqların növbəti ilə təxirə salınması barədə həmfikirdir.

DİGƏR XƏBƏRLƏR

Top