Fransa münaqişə tərəflərinin ən yüksək səviyyədə görüşünü təşkil etməyə hazırdır

ATƏT Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli və bu çərçivədə danışıqların bərpası üçün səylərini əsirgəmirlər. "Yeniavaz.com"un armenpres-ə istinadən verdiyi məlumata görə, bu sözləri jurnalistlərlə söhbətində Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib: "Hər üç həmsədr ölkə belə hesab edir ki, münaqişənin sülh yolu ilə həllindən başqa alternativi yoxdur. Hazırda danışıqlarda yaranmış vəziyyət tərəflərdən heç birini qane edə bilməz. Belə ki, aprel döyüşlərindən sonra hər gün tərəflər itkilər verməkdə davam edirlər. Bu, uzun müddət belə davam edə bilməz".

Səfirin sözlərinə görə, tərəflər müxtəlif səviyyələrdə keçirilən görüşlərdə əldə edilən razılığa əməl etməlidirlər: "Nə vaxt münaqişənin həllində əlverişli imkan əmələ gəlsə, onda Fransa tərəflərin ən yüksək səviyyədə görüşünü təşkil etməyə hazırdır. Bu barədə Olland da bir müddət əvvəl mətbuata verdiyi açıqlamada qeyd edib. Sonda tərəflər anlamalıdırlar ki, münaqişənin həlli vasitəçilərdən deyil, onların özlərindən asılıdır".

DİGƏR XƏBƏRLƏR

Top