Rusiya Gürcüstan ərazisi ilə Ermənistana alternativ yol axtarır

Mart ayının sonunda Rusiya ilə Gürcüstan arasında Ermənistana yüklərin daşınması ilə bağlı danışıqların növbəti raundu keçiriləcək. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, İsveçrənin vasitəçiliyi ilə baş tutacaq görüşdə Ermənistana Gürcüstan ərazisi ilə əlavə alternativ yolun çəkilməsi məsələsi müzakirə ediləcək. Cənubi Osetiya ərazisindən istifadə etməklə alternativ yolun işə salınmasından məqsəd Ermənistana ikinci dəhlizin açılmasıdır. Qeyd edək ki, Ermənistanla əlaqələr üçün yeni alternativ yolun çəkilməsinin gündəmə gəlməsinə səbəb adı çəkilən ölkənin Rusiya ilə əlaqəsini təmin edən Yuxarı Lars aşırımının qar uçqunları və yağan yağışlar zamanı torpaq sürüşməsi nəticəsində ildə bir neçə dəfə bağlı olmasıdır. Ona görə də Ermənistan və Rusiya iki ölkəni birləşdirəcək yeni yolun çəkilməsinə xüsusi maraq göstərirlər. Məsələyə münasibət bildirən Ermənistan yükdaşımaları Assosiasiyasının sədri Herbert Ambartsumyan: "Bu marşrut bizim üçün çox vacibdir. Ancaq onun çəkilməsi artıq siyasi məsələdir və bizdən asılı deyil",-deyib.

DİGƏR XƏBƏRLƏR

Top