Ermənistanın Baş nazirinin qardaşı Gürcüstanda şirkət təsis etdi

Erməni əsilli məhşur iş adamı Gürcüstanın enerji bazarına daxil olur. "Yeniavaz.com" Gürcüstan mətbuatına istinadən bildirir ki, bu ölkədə elektrik enerjisinin idxalı və ixracı ilə məşğul olacaq yeni şirkət - "Kaskad Gürcüstan" qeydiyyatdan keçib. Məlumatda bildirilir ki, "Kaskad Gürcüstan" şirkətinin səhimlərinin 95%-i Rusiyanın "Kaskad Enerqo Bit" şirkətinə məxsusdur. "Kaskad Enerqo Bit" şirkəti isə erməni əsilli iş adamı, Ermənistanın Baş naziri Karen Karapetyanın doğma qardaşı, Samvel Karapetyanın sahibi olduğu "Taşir" şirkətiə bağlıdır.

Məlumat üçün qeyd edək ki, "Forbes" jurnalının hesablamalarına görə, Samvel Karapetyan Rusiyada ən varlı 28-ci şəxsdir. Onun sərvətinin 3,8 milyard dollara bərabər olduğu bildirilir. Eyni zamanda Samvel Karapetyan dünyanın ən varlı şəxslərinin sıralamasında 549-cu sırada qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top