Türkiyədə dəhşətli qətl hadisəsi

Türkiyənin Aksu rayonunda dəhşətli qətl hadisəsi baş verib. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Aksu rayonunun 60 yaşlı sakini Müəmmər Gül rus əsilli həyat yoldaşı Anna Gülü tüfəngdən açdığı atəşlə qətlə yetirib. Bununla kifayətlənməyən Müəmmər Gül 13 və 15 yaşındakı iki qızına da zəhər verərək öldürüb. Sonda isə o tüfənglə özünə atəş açaraq intihar edib. Hələlik Müəmmər Gülün qətli hansı səbəbdən törətdiyi məlum deyil. Polis hazırda hadisə yerində tədqiqat aparır.

DİGƏR XƏBƏRLƏR

Top