Bağlanan bankların əmanətçilərinə 725 milyon manat ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat ADİF-dən verilib. Məlumatda bildirilib ki, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 725,24 milyon manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,169 milyon manat, “Zaminbank” ASC - 54,338 milyon manat, “Kredobank” ASC - 27,77 milyon manat, “Dekabank” ASC - 3,086 milyon manat, “Atrabank” ASC - 14,275 milyon manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 milyon manat, “Bank of Azerbaijan” ASC - 24,161 milyon manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,433 milyon manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 435,058 milyon manat kompensasiya alıblar.

Fond həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir.

DİGƏR XƏBƏRLƏR

Top