Almaniya Parlament sədrindən Türkiyə ilə bağlı sərt açıqlama

Almaniya Parlamenti (Bundestag) sədri Norbert Lammert, Türkiyədəki hazırkı vəziyyətlə bağlı açıqlama verib. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransından öncə Berlində keçirilən yığıncaqda qlobal siyasi vəziyyətlərlə bağlı qiymətləndirmə edən Lammert, Türk hökumətini öz konstitusiyasına və demokratiyasına qarşı çevriliş cəhdi etməklə ittiham edib. Son dövrlərdə Türkiyədə ard-arda iki çevriliş cəhdi olduğunu deyən Lammert, əvvəlcə demokratik yollardan seçilmiş hökumətə qarşı çevriliş cəhdi olunduğunu, daha sonra isə seçilmiş hökumət tərəfindən ölkə konstitusiyasına qarşı başqa bir hərbi çevriliş edildiyini deyib. Məlumata görə, “ikinci çevriliş digərinə nisbətən müvəffəqiyyətli olub” deyən Lammert, Rəcəb Tayyib Ərdoğanı hədəf alan sərt çıxış edib. Konstitusiya dəyişikliyi ilə Ərdoğanın öz gücünü artırmaq istədiyini deyən Lammert, dəyişikliyin həyata keçməsinin Qərb əlaqələrinə təsir edəcəyini bildirib: “Ancaq biz həmin vaxt indiki kimi olmarıq”.

DİGƏR XƏBƏRLƏR

Top