Azərbaycanda ruhi xəstəni zamin yazıb, bankdan kredit götürüblər

Yevlax rayonunun Tanrıqulular kəndində yaşayan Əsgər Qasımov Mingəçevir sakini 54 yaşlı ruhi xəstə Ramiz Məhərrəmova az miqdarda pul verərək, onu özünə zamin tutub. "Yeniavaz.com" saytına verilən məlumata görə, Əsgər Qasımov 2 ay banka pul ödəsə də, sonradan banka kredit borcunu qaytarmayıb. Kredit ödənmədiyi üçün isə bank pulu ruhi xəstə olan Ramiz Məhərrəmovun aldığı təqaüddən tutmağa başlayıb. Zaminin həyat yoldaşı Rəsmiyyə Məhərrəmova məhkəməyə də müraciət edib. Amma yenə də Əsgər Qasımov pulu ödəməkdən imtina edib.

Qeyd edək ki, Ramiz Məhərrəmov Qarabağ müharibəsinin iştirakçısı olub və döyüşlərdə stress keçirdikdən sonra onda əsəb problemləri yaranıb. Onsuz da acınacaqlı vəziyyətdə yaşayan ailənin durumu indi daha da ağırlaşıb. Onlar bu problemin həll olunması üçün aidiyyəti qurumlardan kömək istəyirlər. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top