Azərbaycanlıları xərçəng xəstəliyi ən çox bu yaşda YAXALAYIR - Rəsmi

Hər il Azərbaycanda bədxassəli şiş diaqnozu qoyulmuş insanların sayında az da olsa artım qeydə alınır. "Yeniavaz.com" saytı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. Komitənin məlumatları əsasında apardığımız araşdırmalar göstərir ki, ölkəmizdə hər il ilk dəfə bədxassəli şiş diaqnozu qoyulan qadınların sayı kişilərdən daha çox olur.

- 2010-cu il: 3756 kişi, 3870 qadın.

- 2011-ci il: 4233 kişi, 4439 qadın.

- 2012-ci il: 4261 kişi, 4384 qadın.

- 2013-cü il: 4405 kişi, 4659 qadın.

- 2014-cü il: 4613 kişi, 4930 qadın.

- 2015-ci il: 4967 kişi, 5216 qadın.

Azərbaycanda ilk dəfə xərçəng xəstəliyi diaqnozu qoyulanlar arasında 40-59 yaşlılar daha çoxdur. Dövlət Statistika Komitəsinin məlumatları əsasında deyə bilərik ki, hər il bu yaşdan olan insanlar arasında 4000-dən çox insanda bədxassəli şiş aşkarlanır.

- 2010-cu il: 3658 nəfər (1680 kişi, 1978 qadın).

- 2011-ci il: 4091 nəfər (1791 kişi, 2300 qadın).

- 2012-ci il: 4163 nəfər (1879 kişi, 2284 qadın).

- 2013-cü il: 4342 nəfər (1899 kişi, 2443 qadın).

- 2014-cü il: 4399 nəfər (1961 kişi, 2438 qadın).

- 2015-ci il: 4891 nəfər (2162 kişi, 2729 qadın).

Bədxassəli şiş aşkarlanan insanlar arasında ikinci yerdə 60 və yuxarı yaşlı insanlar gəlirlər.

- 2010-cu il: 3254 nəfər (1773 kişi, 1481 qadın).

- 2011-ci il: 3775 nəfər (2102 kişi, 1673 qadın).

- 2012-ci il: 3635 nəfər (2024 kişi, 1611 qadın).

- 2013-cü il: 3865 nəfər (2124 kişi, 1741 qadın).

- 2014-cü il: 4350 nəfər (2317 kişi, 2033 qadın).

- 2015-ci il: 4267 nəfər (2388 kişi, 1879 qadın).

İlk dəfə bəd xassəli şiş diaqnozu qoyulan 35-39 yaşlı insanlar isə üçüncü yerdə gəlirlər:

- 2010-cu il: 269 nəfər (91 kişi, 178 qadın).

- 2011-ci il: 299 nəfər (102 kişi, 197 qadın).

- 2012-ci il: 324 nəfər (106 kişi, 218 qadın).

- 2013-cü il: 308 nəfər (102 kişi, 206 qadın).

- 2014-cü il: 321 nəfər (105 kişi, 216 qadın).

- 2015-ci il: 358 nəfər (110 kişi, 248 qadın).

İlk dəfə bəd xassəli şiş diaqnozu qoyulan 30-34 yaşlı insanların sayı isə qeyd etdiyimiz yaş qrupları ilə müqayisədə nisbətən azdır:

- 2010-cu il: 162 nəfər (55 kişi, 107 qadın).

- 2011-ci il: 175 nəfər (62 kişi, 113 qadın).

- 2012-ci il: 180 nəfər (65 kişi, 115 qadın).

- 2013-cü il: 196 nəfər (86 kişi, 110 qadın).

- 2014-cü il: 173 nəfər (72 kişi, 101 qadın).

- 2015-ci il: 241 nəfər (87 kişi, 154 qadın).

Xərçəng diaqnozu qoyulan 18-29 yaşlı insanların statistikası:

- 2010-cu il: 184 nəfər (96 kişi, 88 qadın).

- 2011-ci il: 231 nəfər (113 kişi, 118 qadın).

- 2012-ci il: 239 nəfər (126 kişi, 113 qadın).

- 2013-cü il: 223 nəfər (114 kişi, 109 qadın).

- 2014-cü il: 191 nəfər (86 kişi, 105 qadın).

- 2015-ci il: 289 nəfər (143 kişi, 146 qadın).

İlk dəfə bəd xassəli şiş diaqnozu qoyulan 14-17 yaşlıların sayında son illər azalma var:

- 2010-cu il: 34 nəfər (20 kişi, 14 qadın).

- 2011-ci il: 30 nəfər (17 kişi, 13 qadın).

- 2012-ci il: 31 nəfər (22 kişi, 19 qadın).

- 2013-cü il: 38 nəfər (17 kişi, 21 qadın).

- 2014-cü il: 28 nəfər (17 kişi, 11 qadın).

- 2015-ci il: 24 nəfər (11 kişi, 13 qadın).

İlk dəfə bəd xassəli şiş diaqnozu qoyulan 0-13 yaşlı uşaqların sayında isə artım qeyd alınıb. Dövlət Statistika Komitəsinin məlumatlarına diqqət yetirək:

- 2010-cu il: 65 nəfər (41 kişi, 24 qadın).

- 2011-ci il: 71 nəfər (46 kişi, 25 qadın).

- 2012-ci il: 73 nəfər (39 kişi, 34 qadın).

- 2013-cü il: 92 nəfər (63 kişi, 29 qadın).

- 2014-cü il: 81 nəfər (55 kişi, 26 qadın).

- 2015-ci il: 113 nəfər (66 kişi, 47 qadın).

Nicat

DİGƏR XƏBƏRLƏR

Top