Son günlər Azərbaycanla sərhədyanı ərazilərdə vəziyyətin gərginləşməsindən qorxuya düşən Ermənistan rəhbərliyi məsələ ilə bağlı xüsusi komissiya yaradılması barədə qərar qəbul edib. "Yeniavaz.com"un Panorama.am saytına istinadən verdiyi məlumata görə, Müdafiə naziri Viqan Sarkisyanın rəhbər təyin edildiyi sərhədyanı məsələlər üzrə komissiya barədə qərara əsasən vəziyyət gərginləşəcəyi təqdirdə sərhədyanı əhaliyə silah paylanılacaq. Bundan əlavə komissiya Azərbaycanla sərhədyanı ərazidə yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün məktəblərin, dövlət idarələrinin, uşaq bağçalarının qarşısında müdafiə divarları və sığınacaqlar inşa etməyi planlaşdırıb. Komissiyanın digər məqsədi də sərhədyanı əhalinin iqtisadi problemlərini həll etmək olacaq. Bütün bunlar da Ermənistanda "Azərbaycan xofu"nun, qorxusunun ifrat, şizofrenik həddə çatdığını göstərir.