Patriarxa sui-qəsd cəhdində məqsəd Gürcüstanda sabitliyi pozmaq olub

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkənin pravoslav kilsəsinin rəhbəri II İliyaya qarşı sui-qəsd cəhdinə baş vurulmasından narahat olduğunu söyləyib. "Yeniavaz.com"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Marqvelaşvili baş verən hadisəni diqqət mərkəzində saxladığını və sui-qəsd cəhdinin üstünün açılması üçün bütün imkanlardan istifadə ediləcəyini söyləyib: "Biz məsələ ilə bağlı aparılan araşdırmanın nəticələrini gözləyirik. Ümid edirik ki, araşdırmalar cinayəti planlaşdıranların arxasında duranları aşkara çıxarmağa imkan verəcək".

Öz növbəsində Gürcüstan Baş naziri Georgi Kvirikaşvili, həmçinin iqtidar partiyası olan Gürcü arzusu patriarxa sui-qəsd cəhdinin arxasında ölkədə sabitliyi pozmaq cəhdinin olduğunu bildiriblər

DİGƏR XƏBƏRLƏR

Top